Erməni saytları dağıdıldı

Ermənilərin Azərbaycan saytlarına hücümuna cavab olaraq azəri hakerlər də analoji addım atıblar. Musavat.com-un məlumatına görə, bu barədə hakerlər elektron poçtlar, email-lər vasitəsilə məlumat yayıblar.

 

Məlumatda bildirilir ki, hakerlər Ermənistanın 90 mühüm saytını dağıdıb. Hakerlər dağıdılan saytlarda “Başın sağ olsun vətən” sözlərini yazıblar. Bununla yanaşı, saytlarda şəhid olan əsgərlərimizin adları da qeyd edilib.

Saytlarda müğənni Şəmistan Əlizamanlının “Vətən əmanəti” mahnısı da yerləşdirilib. Dağıdılan saylar arasında Ermənistanın mühüm dövlət saytları, o cümlədən bir çox portalları da var.

COMMENTS