“Ermənistan kəskin addımlardan çəkinməlidir”

“Ermənistan kəskin addımlardan çəkinməlidir. Ermənistan avropalılara izah etməyi bacarmalıdır ki, ölkə iqtisadiyyatı o vəziyyətdə deyil ki, onların sanksiyalarında iştirak edə bilsin. Eyni zamanda, Ermənistan Rusiyay və Avropa İttifaqı ilə iqtisadi-ticarət əlaqələrini əvvəlki səviyyədə davam etməlidir”.

 

ANS PRESS-in məlumatına görə, bu sözləri Erməni Milli Konqressi partiyasının üzvü, iqtisadçı Vaqna Xaçatryan deyib. Erməni iqtisadçı Avropa İttifaqının Aİ-ə namizəd ölkələri Rusiya qarşı tətbiq edilən sanksiyalar nəticəsində yaranan yeni ticarət imkanlarından istifadə etməkdən çəkinməyə çağırdığı bəyanatı şərh edib.

İqtisadçının sözlərinə görə, Ermənistan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv olmağa çalışırdı və sonra istiqaməti kəskin olaraq Gömrük İttifaqına tərəf dəyişdi. Ekspertin fikrincə, Ermənistan hakimiyyəti sadəcə məlumatlara uyğun olaraq qərar qəbul etdi və bu qərarlar gələcəyə tuşlanmış addım deyildi:

“İndi biz çətin vəziyyətdəyik. Ermənistan Avropa Birliyinin çağırışına tabe olmalıdır, ya yox? Tabe olarsaq, biz Rusiyaya qarşı sanksiyalarda iştirak etməliyik, bu halda biz Avropanın köməyindən məhrum olmayacağıq. Biz hər hansı kəskin addımdan çəkinməliyik. Çünki, Ermənistanda Rusiya kapitalı var. Həmçinin Rusiyayla iqtisadi əlaqələri nəzərə almaq lazımdır. Eyni zamanda, bizim həmyerlilərimiz Rusiyada işləyirlər”-deyə Vaqna Xaçatryan deyib.

COMMENTS