Ermənistan prezidenti Ərdoğana təbrik məktubu ünvanladı

Ermənistan prezidenti Serj Sərkisyan Türkiyədə 10 prezident seçkilərinin qalibi olan Rəcəb Tayyib Ərdoğana təbrik teleqramı göndərib. Musavat.com-un məlumatına görə, bu barədə Sərkisyanın mətbuat xidməti açıqlama yayıb.

 

Teleqramda deyilir: “Sizi Türkiyə Respublikasının prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, Türkiyə xalqına isə rifah və tərəqqi arzu edirəm. Türkiyə prezidenti postunu tutmaqla Siz, şübhəsiz, əldə elədiyimiz ikitərəfli razılaşmaların ön şərtlər olmadan həyata keçməsinə enerji sərf eləmək imkanına maliksiniz. Xahiş edirəm, cənab Prezident mənim dərin hörmətimə əmin olasınız”.

COMMENTS