“EŞQ QUŞUN QANADINDA”- Yasəmən Meydan

Türk dünyasının ünlü yazarlarından olan, Ankaralı şaire-jurnalist, Yasemen Meydanı bu il Bakı şəhərində tanıdım. 

Türk dünyasının ünlü yazarlarından olan, Ankaralı şaire-jurnalist, Yasemen Meydanı bu il Bakı şəhərində tanıdım.

Düzü bir qələm adamı olraq ilk öncə ona tanıdığım şairələrdən biri kimi yanaşdım ilk olaraq. Düeşünürdüm ki, sıradan olan yazarlardan biridir. Azərbaycanin istedadlı qələm sahibi olan, özünü kitabsız şairə adlandıran, dalğın düşüncəli, həlim təbiətli şairə, Raifə Sərxan qızı məni Yasəmən Meydanla tanış elədi və bunun üçün mən Raifə Sərxana təşəkkür edirem! Hə, onu da deyim ki, Yasemen meydanın yaradıcılığı ilə onun “AŞK KUŞUN KANADINDA” kitabını oxuyarkən məlumatlandım və sevməyə başladım…. İnanın səmimiyyətimə bu insanın insanlığı, kültürlüyü məni heyran elədi. Anadan şair doğulmaq hər yazara nəsib olan bir ömür payı deyil təbii ki. Yasəmən Meydan da məhz belə bir yaranışdan dünyaya gələn, ədəbiyyata, əbədiyyətə boylanan, incə ruhlu şairədir. Onun poetik düşüncəsi insnı düşünməyə-daşınmağa vdar edir. Bir insan üreyinde bu qeder sevgi çalarlarının sığışqanlığı adamı heyrətə gətirir.. Öz eşqini, QAF dağının ardında, quşun qanadında gizlədir, yaralarını sarıyır, sevgisini buraxır zamanla….Həyatını bəzən mahnı, bəzən də şeirə bənzədir… Yaşamağa dəyər deyir- nə varsa, uğrunda ölünəcək qədər……  Yasəmən Meydanın poetik duyumu,şairliyi xalq ruhundan, milli düşüncə və folklor təfəkküründən qaynaqlandığı üçün bu kitabın da geniş oxucu auditoriyası tərəfindən rəğbətlə, məhəbbətlə qarşılanacağına, haqqında çoxlu məqalələr yazılacağına heç də şübhə etmirəm. Düşünürəm ki, ədəbi mühitdə öz yaradıcı fəaliyyəti ilə, əxlaqı ilə tanınan yazarlar oxucu kütləsi tərəfindən daima seviləcək, izlənəcək, oxunacaqdır… Hamımımıza məlumdur ki, ədbiyyat hər bir xalqın əbədi yaddaş arxivi, itməyən tarixidir. Ədəbiyyat adamları isə tarixin qan yaddaşının yaradıcılarıdır. Onlar sərbəstdirlər, onlar azad fikirlidirlər, onlar əbədiyyət günəşidirlər… Yasemen Meydan da məhz bu qəbildən olan şairlərin ən gözəl nümayəndələrindən biridir. Onu nə qədər oxumadan seviriksə, oxuyandan sonra beş dəfədə artıq sevirik. …Kalbim kırık, Unuttum seni artık, Dönüncə ayni bulacağım, Diye düşünme artık. Yarım kaldı aşkın içimde, Bölükpörçük duyğularım, Resmin elimde, Hayellerinle bu kentte, Öğrendim sensiz yaşamamı artık. Şarkılar yazdım anlamadın. Mesajlar attım görmedin. Çox ağladım, duymadı ruhun. Senin değerlerinden, İnan yok farkın….. Məhəbbətin incəliyi, saflığı, ağlığı öz əksini tapır Yasemen Meydanın şeirlərində. İster-istemez düşünmeye, duyğulanmağa mecbur olursan. Onun kövrək, real  düşüncələri səni maqnit kimi özünə çəkir, səni öz ardınca aparmağa başlayır. Oxuduqca özünü görürsen onun poeziyasının qanadlarında. Sevinirsən, kədərlənirsən hətta ağlayırsan amma yenədə nifrət edə bilmirsən ona görə ki, axı sən eçq mələyisən, onu quşların qabadında gizlədəcək qədər güclüsən!

Nəzmiyyə Hicran

 

COMMENTS