Top.Mail.Ru

“Essyen tədbirlərdə olduğuna görə az oynayırdı” – Aftandil Hacıyev

“Essyen tədbirlərdə olduğuna görə az oynayırdı” – Aftandil Hacıyev

“Maraqlı oyunun şahidi olduq. Fasilədən sonra ilk oyun çətin olur. Çalışdıq ki, müdafiədə az səhv edək. Rəqibin təcrübəli futbolçuları öz fərdi bacarıqlarından yaxşı istifadə etdi. İlk hissədə 2-3 qol imkanımız da oldu. Rəqib təzyiqi artıranda səhvlər də başladı”.

Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

O, komandanın ulduz futbolçusu Maykl Essyenin inamlı oyunu ilə bağlı bildirib: “Essyenin ustalığına söz ola bilməz. Sizinlə razıyam. Əvvəl az oynamasına səbəb onun tədbirlərdə olması idi. Bəzən 5, bəzən 3 günlük olmurdu. Qış fasiləsində onunla danışdıq və bildirdik ki, onun köməyinə ehtiyacımız var. Belə oyunlarda onun təcrübəsindən faydalanmaq istəyirik.

Rəqiblərə fərq qoymayacağıq. Bu gün “Qarabağ”ın əsəbləri ilə oynamağı bacardıq. Qol da vura bilərdik. Hər oyuna maksimum hazırlaşırıq. Heyətimiz kasad olsa da, gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərə bilər. Bu mövsüm iddiamız ciddi olmasa da, gənc futbolçuları qazana bilərik”.

A.Hacıyev yeni transfer Peyman Keşavarzın oyunu ilə bağlı da danışıb: “Müdafiə mövqeyində problemimiz var idi. Erikonun xroniki zədəsi mövcuddur. “Zirə” ilə son kubok matçında ağır oyun keçirib. 120 dəqiqə meydanda olub. Keşavarz il yarım idi ki, futbol oynamırdı. Baxışa çağırdıq. Onun bəzi keyfiyyətləri bizi qane edir. Getdikcə daha yaxşı olacaq”.

DOSYER.ORG

COMMENTS