Etibar Hüseynov həmkarına sərt cavab verdi

Millət vəkili Etibar Hüseynov ona etiraz edən həmkarına cavab verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Hüseynov YAP funksioneri Aydın Mirzəzadəyə xəbərdarlıq edib: “Artıq neçənci dəfədir ki, jurnalistlər arasında “HƏRŞEYŞÜNAS” kimi tanınan Aydın Mirzəzadə mənim çıxışlarımı şərh edir, ağıl verir, yol göstərir. Bu adam hələ də anlamır ki, Etibar Hüseynov YAP üzvü deyil, müstəqil deputatdır və onun da öz fikrini müstəqil şəkildə ifadə etmək hüququ var. Elə isə bu adamın hansı haqla mənə təkidlə ağıl verməyə cürət etməsini anlaya bilmirəm. İndiyə qədər bir dəfə də olsun Aydın Mirzəzadənin hansısa YAP üzvünün barəsində bir tənqidi çıxışının və ya iradının şahidi olmamişam. Baxmayaraq ki, YAP üzvləri arasında da müxalifət düşərgəsini məndən də sərt şəkildə tənqid edənlər var.

Əksinə, bu adam əksər hallarda bir çox vəzifə sahiblərinin, deputatların nəinki özlərini, hətta onların ərköyün, dəymədüşər balalarının bir çox xoşagəlməz əməllərini belə riyakar və yaltaqcasına müdafiə eləyib. ona görə də dərinə getmək istəmirəm. Sadəcə yerinizi və həddinizi bilin Aydın Mirzəzadə”.

Qeyd edək ki, E.Hüseynov bugünkü mitinqə gedən vətəndaşları qoyuna bənzədib. A.Mirzəzadə isə buna etiraz edib.

COMMENTS