Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azərenerji” ASC-ni məhkəməyə verib.
Bu barədə şirkətin saytında yer alan məlumatda qeyd olunur. Bu ilin yanvarın 14-də SOCAR “Azərenerji”nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb. “Azərenerji” borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib.
Qeyd edək ki, borcun məbləği açıqlanmır.
COMMENTS