Top.Mail.Ru

Etibar Pirverdiyevin ailə biznesi – FOTOFAKT

Etibar Pirverdiyevin ailə biznesi – FOTOFAKT

Araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsində sabiq Azərenerji rəhbəri Etibar Pirverdiyevin ailə biznesi haqda ilginc məlumatlar paylaşıb. Həmin məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həyat yoldaşı, Bakının Ə.Naxçivani küçəsində qeydiyyatda olsn 1964-cü il təvəllüdlü Pərvanə Pirverdi Həcəmməd qızı Gürcüstanda fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir. Şirkət Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından təxminən 1 il əvvəl, yəni 2017-ci mayın 29-da Gürcüstan Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı Milli Agentliyində 404538434 saylı lisenziya ilə qeydiyyatdan keçib.
Reyestr sənədlərində şirkətin Tiflisdə iki hüquqi ünvanı olduğu qeyd edilib: Tiflisin köhnə Tiflis məhəlləsindəki Leonidze küçəsi 2 və G.Tabidze 1/3 ünvanları. Şirkət hissələrinin 34 faizi Pərvanə Pirverdinin, 33 faizi Zöhrə Sultanova adlı digər Azərbaycan vətəndaşının, qalan 33 faizi isə Sulxan Papaşvili adlı Gürcüstan vətəndaşının adına rəsmiləşdirilib, icraçı direktoru Paata Zhgentidir.
Qeydiyyatdan bir neçə gün sonra şirkət “Gürcüstan Dövlət Energetika Sistemi” Səhmdar Cəmiyyətinin elan etdiyi 1.868.873 dollarlıq tenderə qatılır, lakin müraciət yeni yaradılan şirkətin yüksək risk ehtimalı nəzərə alınaraq rədd edilib.
Xatırladım ki, Etibar Pirverdiyevin qızı Dünya Pirverdi də İngiltərədə bizneslə məşğuldur, 2017-ci ildə burada JDE TRADING LIMITED-i qeydiyyatdan keçirib. Dünya Pirverdi və hazırda Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan əri Eldar Abbasova məxsus INFIPRO LIMITED, JDE CAPITAL LTD şirkətləri 2018-ci ilin sonlarında qapadılıb.
Etibar Pirverdiyevin oğlu Elvin Pirverdi isə tələbədir, 2018-ci ildən Londonda Brunel Universitetində təhsil alır.

DOSYE.ORG

COMMENTS