Bəzilərinin qərəzli yanaşması müqəddəs işə kölgə sala bilməz
Ölkəmizdə prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı, habelə uğurlu kadr islahatları şəhər və rayonlarımızın, yaşayış məskənlərimizin tamamilə yeni libas almasına, inkişaf və tərəqqisinə rəvac verib. Belə rayonlardan biri də Ağdamdır. Ağdam rayonu son illər ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Həmin prosesin rayonun İcra Hakimiyyəti başçısı Raqub Məmmədovun rəhbərliyi dövründə yüksələn xətt üzrə davam etməsini yaxından müşahidə edirik. Rayon tamamilə yeni libas alıb. Rayonun yeni rəhbərinin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri də burada sahibkarlığın inkişaf etdirilməsidir. Onun iş adamları ilə tez-tez canlı ünsiyyətdə olması, onların qayğıları ilə yaxından maraqlanması özəl sektorun inkişafına təsirsiz ötüşmür.
Rəhbərlik sahibkarlara hər hansı problem, süni maneə ilə əlaqədar bilavasitə icra başçısının özünə müraciət etməyi, rayon rəhbərliyindən kömək istəməyi tapşırıb. 10 may 2015 – ci il taixdə Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdamın simvolu sayılan yeni “Çay evi”nin açılışı oldu. Qeyd edək ki, hələ Ağdam rayonu ermənilər tərəfindən işğal olunmamışdan illər öncə daha dəqiqi desək 1986-cı ildə məşhur “Çay evi” Ağdamda olub.
Ancaq məlum səbəblərdən artıq necə illərdi Ağdamlılar o nadir memarlıq nümunəsi olan “Çay Evi”nin xidmətlərindən yararlana bilmirdi. Bütün bunlara baxmayaraq Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun şəxsi təşəbbüsü ilə rayon ərazisində həmin “Çay Evi”nin eynisini inşa edib Ağdamlıların istifadəsinə vermək mümkün oldu.
Məhz bu münasibətlə keçirilən açılış mərasimində rayon ziyalıları, sadə sakinlər bu tədbirdə böyük həvəslə,bayram-əhval ruhiyyəsi ilə iştirak etdilər. Açılış tədbirində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov cənabları belə bir ideyanı həyata keçirdiyi üçün xoşbəxt olduğunu bildirirək qeyd etdi ki, “Çay Evi” Ağdamın simvolu sayılıb və illər keçsə də o heç vaxt Ağdamlıların yaddaşımızdan silinməyəcək.
Raqub Məmmədov onu da qeyd etdi ki, möhtərəm cənab Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti və iradəsi nəticəsində yaxın zamanda doğma Ağdamımızda həmin “Çay Evi”nin eynisi inşa etmək qismətimiz olacaq. Digər çıxış edənlər belə bir ideyanı həyata keçirdiyi üçün rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov cənablarına öz təşəkkürlərini bildirdilər. Hazırda Ağdam inkişaf yoluna qədəm qoyub və əhali sabaha ümidlə baxır. Dövlət proqramları Ağdamda uğurla icra olunur.
Ağdam rayonunun cəbhə bölgəsində yerləşməsi bu rayona daha bacarıqlı, səriştəli, öz işini bilən kadrların təyin edilməsini vacib edir. Ona görə də, cəbhə bölgəsinə, düşmənlə həmsərhəddə yerləşən rayonlara təyin olunan icra başçıları seçilmiş kadr olmalıdır. Bu baxımdan uzun illərin idarəçilik təcrübəsi olan,keçmiş döyüşçü Raqub Məmmədov layiqli kadrlardandır. Onun rəhbərliyi altında bu gün Ağdam rayonu çiçəklənir, inkişaf edir.
Amma maraqlıdır ki, bəzi ağzıgöyçəklər icra başçısının əldə etdiyi uğurlara dırnaqarası yanaşır, kimlərinsə diqtəsi ilə icra başçısının adına ləkə gətirməyə, onun rəhbəriyi altında görülən işlərə kölgə salmağa çalışır. Hətta belə şəxslər özlərinə yaxın bir sıra mətbuat orqanlarında həqiqətə uyğun olmayan məqalələr dərc etdirməklə, çirkli məqsədlərini sırımağa çalışırlar. Bu bir növ xarici təşkilatların pulları hesabına ölkəmizə qara yaxan bəzi mətbuat orqanlarının və QHT-lərin fəaliyyətinə bənzəyir.
Onlar da sifariş yerinə yetirir, bunlar da. Fərq ondadır ki, biri ölkəmizin əleyhinə, digəri isə konkret bir rayonun rəhbəri barəsində həqiqətəuyğun olmayan məlumatlar yayır. Amma bütün qərəzi bir kənara qoyub, vicdanla məsələyə yanaşanda həqiqətin tamam başqa olduğunu görmək olar. İcra başçısı əleyhinə çirkli kampaniya aparan bə ziləri bir nüansı diqqətdən qaçırmamalıdırlar ki, Raqub Məmmədovu bu məsul vəzifəyə ölkə başçısı etimad göstərərək təyin edib.
Məhz ölkə rəhbərliyi tərəfindən də Ağdam kimi strateji əhəmiyyət daşıyan bir rayonun rəhbərliyinə Raqub Məmmədovun seçilməsi, hər şeydən öncə ona göstərilən böyük etimadın və inamın təzahürüdür. Təyinatdan keçən bu müddət ərzində Raqub Məmmədovun Ağdamın sadə vətəndaşları tərəfindən də yalnız müsbət xarakterizə edilməsi, onların yeni icra başçısına böyük ümidlər bəsləməsi və gördüyü işlərin yüksək qiymətləndirilməsi də onun rayon əhalisindən böyük dəstək aldığını bir daha təsdiq edir.
Lakin təəssüflər olsun ki, hələ də cəmiyyətimizdə öz şəxsi maraqlarına səmimiyyət, dürüstlük, insanpərvərlik kimi ali amalları belə hər an qurban verməyə hazır olan ünsürlər də var. Düşmənlə sərhəddə yerləşməsinə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində böyük fəlakətlərə düçar olmasına və ərazisinin 77,4 faizi işğal altında olmasına baxmayaraq, əhalisinin 79,8 faizi məcburi köçkün həyatı yaşayan Ağdam rayonu Dövlət Proqramlarının icrası nəticəsində görkəmini köklü surətdə dəyişib.
Ağdam rayonu Ermənistanın işğal siyasətinin vurduğu fəsadlara və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, dövlətimizin həyata keçirdiyi siyasətə uyğun olaraq, inkişaf edir, müasirləşir, əhalinin güzəranı gündən-günə yaxşılaşır. Bu inkişafın səbəblərindən ən önəmlisi isə Dövlət Proqramının rayonda uğurlu icraçıları-Rayon İcra Hakimiyyətinin aparatı və bu aparata rəhbərlik edən icra başçısı Raqub Məmmədov cənablarıdır.
İdeologiya.az

COMMENTS