Evə dönən terrorçu İŞİD-dən nələr danışdı?

Evə dönən terrorçu İŞİD-dən nələr danışdı?

Kod adı Ömər. 27 yaşı var. Ankaradandır. Əkiz uşaqları var. Fevral ayında sərhədi qaçaq şəkildə keçərək Suriyada İŞİD terror təşkilatına qoşulub. Bildirir ki, 15 gün silahlı təlim görüb. sonra qarşıdurmalara qatılıb. May ayında Türkiyəyə geri dönüb. FaktXəbər-in məlumatına görə, “polis axtarır”, – deyərək adının çəkilməsini istəməyən “Ömər” “Haberturk”un suallarını yaşadığı gecəqonduda cavablandırıb.
– İŞİD-ə necə qoşuldunuz?
– Bir il əvvəl narkotik aludəçisi oldum. İşdən çıxdım, ailəmi tərk etdim. Sonra bularla tanış oldum. Bizə “şəriət, cihad, Allah” dedilər. “Suriyaya aparaq” dedilər. Fevral ayında bir gecə 11-12 adam təyyarə ilə Qaziantəpə getdik. Gecə sərhədi keçdik. Sərhəddə Əl-Qaidənin adamları tərəfindən sorğu-sual edildik. Ərəbcə danışan yoldaşımız İŞİD-ə bağlı olduğumuzu söylədi. Yarım saat ərzində gəlib bizi götürdülər. Gecə 03.00-də Rakkadaydıq. Səhər düşərgəyə getdik. 15 gün silahlı təlim aldıq.

– Silahlı təlimi neçə keçdiniz?
– Eyni ilə hərbi nizam-intizamla. İdman, qaçış, silahla davranış. Komandirlər var idi başımızın üstündə. Silah atmaq bacarığına daha çox diqqət edirlər. 15 gün sonra qrup-qrup ayırıb qarşıdurma bölgəsinə göndərirlər. Bizim qrup müəyyən idi. Komandirimiz də türk idi. Rakkada evində qaldıq. Təlim başa çatdıqdan sonrakı gün artıq ilk döyüşə girdim. Üçüncü avtomobildəydim. Pusquya düşdük. Qrupumuzdakı avtomobillər vuruldu. Ölülərimizi götürüb Rakkaya geri döndük.

– Edamlara şahid oldunuzmu?
– O hadisə olan gecə 3 edam var idi. Adam öldürəcəkdilər, amma sifətimizə baxıb gülürdü. Bir təpik vurdum. “Onsuz da öləcəksən, nə gülürsən?” deyə.

– Baş kəsmə hadisələri…
– Baş kəsərək xalqa xəbərdarlıq edirlər. Bir düşünün, 14 yaşında uşaq baş kəsir. Bəlkə onu o hala gətirən dərmanlar verirlər, bilmirəm. Qurban kəsirmiş kimi baş kəsir. Robot halına gəlir insan. Bir də vətənlərini xilas edirlərmiş kimi sevinirlər. 3-4 dəfə belə hadisəyə şahid oldum.

– Siz adam öldürdünüzmü?
– Bəli.

– Pula görəmi öldürürsünüz?
– Döyüşə getdikdə 150 dollar verirlər. Aylıq da 500. Yeməyin, içməyin hər şey onlara aid.

– İŞİD lideri Bağdadi ilə qarşılaşmısınızmı?
– Bağdadi Suriyada 200 nəfərlik ordu ilə gəzər. Bir avtomobildə 7-8 nəfər olurlar. Tək gəzən adam deyil. Televiziyada danışan qarabuğdayı şəxs Bağdadi deyildi. Televiziyaya çıxacaq qədər cürəti yoxdur. Arxasındakı ən böyük güc məncə İsraildir.

– Niyə qayıtdınız?
– Müəyyənləşdirə bilmədiyim çox şey oldu. Allah mənə “şəriət üçün adam öldür” demir və ya “məscidi partlat” demir. “Günahsız insanları öldür” demir mənə. “Allahın hökmünü tətbiq et, amma öldürmə”, – deyir. Bir gecə yatırdım. Öz özümə, “ya öləcəyəm, ya da dönəcəyəm artıq”, – dedim. Gördüyüm o qandan bezmişdim artıq. Özümə, “sən belə insan deyilsən, bunu edəcək insan deyilsən”, – dedim.

– Necə icazə verdilər?
– Komandir qohumum olduğu üçün problem olmadı. Hələ özümə gələ bilməmişəm.

COMMENTS