Top.Mail.Ru

Evdən 5 minlik qızıl oğurlayanlar saxlanıldı

Evdən 5 minlik qızıl oğurlayanlar saxlanıldı

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə yanvarın 23-də Binə qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həsən Hüseynov və Əli Əmirxanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS