Evdən 5 meyit çıxdı

Qatilin ölənlərdən birinin əri olduğu bildirilir

“ WSB-TV“in xəbərində deyilir ki, Corciya ştatında 26 yaşlı kişi LaGrange-də baş vermiş qətl hadisəsinə görə şübhəli şəxs qismində axtarılır. Polis bildirib ki, onlar şənbə günü axşam saat 10 radələrində mənzildə 5 nəfərin meyitin tapıblar. Hazırda axtarışda olan Tomas Cesse Li ölən xanımlardan birinin həyat yoldaşıdır.

Qeyd olunur ki, öldürülmüş şəxslərdən biri uzun müddət işə çıxmadığına görə polislər onu axtarmağa qərar veriblər. Ölənləri yaşı isə 16-60 arasındadır. Ölənlərin 4-ü qadın, 1-i isə kişidir.

Axtarış zamanı polis mənzildən silah tapmayıb. Ancaq polis bildirib ki, öldürülmüş 5 nəfərdən 4-ü məhz güllə yarasından həyatını itirib. Ölənlər arasında ər-arvad da var. Onların qətl törədilmiş evin sahibidir. 2 qadın isə ailə üzvüdür. 1 qadın isə sadəcə qətl törədilən zamanı həmin evdə qonaq olub.

“Tomas Cesse Li burada yoxdur, bizə elə gəlir ki, mənzildə nəyə görə isə mübahisə düşüb. Ancaq bu işdə qaranlıq məqamlar çoxdur”, yerli polisin nümayəndəsi Stevart Smis deyib.

Polis bildirib ki, şübhəli şəxs “Mazda Tribute” markalı maşınladır. “Biz onu tapmaq üçün bütün yollara baş vurmuşuq. Hətta telefon və sosial mediada da axtarışdayıq. Biz vətəndaşlardan da rica edirik. Kimsə onu görsə, dərhal bizə xəbər versin”, polis yetkilisi deyib. 

COMMENTS