Evdən qaçan 10 yaşlı qızın aqibəti BƏLLİ OLDU

Evdən qaçan 10 yaşlı qızın aqibəti BƏLLİ OLDU

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə ötən gün gecə saatlarında ayrı-ayrı bölmələrin əməkdaşlarının 2 uşağı sığınacağa gətirməsi ilə bağlı məlumat yaymışdı: “10 və 16 yaşlarında qızlardır. Hər ikisi də eyni cümləni deyir: “Verməyin məni…”. Hər iki uşağın da valideyni eyni cümləni deyir: “Mən çox yaxşı valideynəm”. O zaman bu qızların yaşadığı iyrənclik nədir”.

K.Ağazadə sözügedən uşaqların aqibəti ilə Publika.az-a bildirib ki, 10 yaşlı qız bu gün ailəsinə təhvil veriləcək: “Bu gün axşam uşaqlardan biri, 10 yaşlıq qızcığaz valideyninə təhvil veriləcək. Ancaq təhqiqat davam edir. Valideynlər də çağırılıb, izahatları götürülüb. Uşaq bu gün valideyninə verilsə də, bu məsələni müvafiq icra hakimiyyəti orqanı aidiyyəti polis bölməsi ilə birgə nəzarətdə saxlayacaq”.

Kəmalə Ağazadənin sözlərinə görə, 10 yaşlı uşaq ailəsi tərəfindən ona qarşı zorakılıq edildiyini idda edib: “Ancaq təhqiqat gedir. Son nəticə məlum olacaq”.

DOSYE.ORG

COMMENTS