“Everton” türk futbolçuya görə “Yuventus”a 25-30 milyon avro təklif edəcək – FOTO

“Everton” türk futbolçuya görə “Yuventus”a 25-30 milyon avro təklif edəcək – FOTO

“Yuventus”un türkiyəli müdafiəçisi Merih Demiral komandasını dəyişə bilər.

İdman jurnalisti Daniel Lonqonun yazdığına görə, İngiltərənin “Everton” klubu oyunçunun transferi üçün təklif hazırlayır.

Məlumata əsasən, Premyer Liqa təmsilçisi türk futbolçuya görə “Yuventus”a 25-30 milyon avro təklif edəcək.

Qeyd edək ki, bu mövsüm 23 yaşlı müdafiəçi A Seriyasının 14 oyununda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

COMMENTS