İspaniyanın İbitsa kurort adasında qadın sevdiyi şəxsdən evlənmək təklifi aldıqdan sonra qayadan yıxılıb.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, hadisə yanvarın 27-də Kala Tarida kurortunda baş verib.
29 yaşlı Bolqarıstan vətəndaşı Dimitrina Dimitrova dostunun ofisiant qismində çalışdığı adaya gəlib. Burada gənc oğlan onu qayalarda gəzməyə aparıb və burada ona evlənmək barədə təklif edib. Qadın sevincindən atlayıb-düşməyə başlayıb və bu zaman 20 metr hündürlükdə olan qayadan yıxılıb.
Hadisə yerinə gələn həkimlər Dimitrovanın sağ olduğunu təsdiqləsələr də, daha sonra o, aldığı xəsarətlərdən dünyasını dəyişib. İspaniyanın mülki qvardiyasında baş vermiş hadisəni bədbəxt hadisə kimi dəyərləndirirlər.
COMMENTS