Eynulla Fətullayev: “Xarkovu cəhənnəmə çevirdilər, amma …” – VİDEO

Eynulla Fətullayev: “Xarkovu cəhənnəmə çevirdilər, amma …” – VİDEO

“Rus qoşunları yenə də Xarkova daxil ola bilmədi! Qəhrəman Ukrayna ordusu qarşısında baş əyirəm”

Musavat.com xəbər verir ki, Ukraynada döyüş bölgəsində olan Haqqın.az. saytının rəhbəri, jurnalist Eynulla Fətullayev feybuk səhifəsində yazıb.

Eynulla Fətullayev Xarkovdan konsul Əfqan Salmanovun və Moldovadakı səfirimiz Qüdsi Osmanovun səyləri nəticəsində çıxa bildiyini də qeyd edib:

“Xarkovu cəhənnəmə çevirdilər. Şəhəri silirlər. Bu şəraitdə türk qardaşlarımızın, konsul Əfqan Salmanovun və Moldovadakı səfirimiz Qüdsi Osmanovun səyləri nəticəsində bombaların altında olsa da şəhəri tərk edə bildik. Kiyev tərəfdəyik. Amma rus qoşunları yenə də Xarkova daxil ola bilmədi! Qəhrəman Ukrayna ordusu qarşısında baş əyirəm!!!”

COMMENTS