Eynulla Fətullayevin saytı ermənilər dağıtdı

Eynulla Fətullayevin saytı ermənilər dağıtdı

Azərbaycan informasiya saytları erməni xakerləri tərəfindən mütəmadi hücuma məruz qalır. Bu gün “haqqin.az” saytı erməni xakerlər tərəfindən sındırılıb. 
 
ANS PRESS-in məlumatına görə, saytın sındırılmış səhifəsində terror təşkilatı olan “erməni gizli ordusu”nun (ASALA) simvolu yerləşdirilib və “Əgər siz müharibəyə son qoymasanız, müharibə sizin sonunuza çıxacaq” (If you don’t end war, war will end you) şərhi qeyd edilib. 
 
Saytın aşağı hissəsində ASALA tərəfindən sındırılıb (HACKED BY A.S.A.L.A) sözləri yer alıb.

COMMENTS