Eyyub Yaqubov Mehdiyevin nəvəsinin toyunda oxuyub? – AÇIQLAMA

Eyyub Yaqubov Mehdiyevin nəvəsinin toyunda oxuyub? – AÇIQLAMA

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda müğənni, Əməkdar artist Eyyub Yaqubovun da oxuduğu iddia edilir.

Sosial şəbəkədə toydan yayılan görüntülərdə ifaçının oxuduğu mahnının sədalarında iştirakçıların rəqs etdiyi görünür.

Məsələyə aydınlıq gətirən E.Yaqubovun köməkçisi Həsən Məmmədyarov Yenisabah.az-a müğənninin həmin toyda iştirak etmədiyini deyib:

“Xeyr Eyyub Yaqubov o toyda iştirak etməyib. Videoda eşidilən mahnını qıraqda DJ qoyub. Qəti surətdə həmin toyda nə o, nə də musiqiçiləri iştirak edib”.

DOSYE.ORG

COMMENTS