Fəallar baş prokurora müraciət etdilər

Məktubda qeyd olunur ki, onları döyən və fiziki xəsarət yetirən polis əməkdaşlarına qarşı cəza tədbirləri görülməlidir.

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi tariflərinin yüksəldilməsi ilə əlaqədar baş qaldıran “Talana yox” hərəkatının fəalları ölkənin baş prokuroruna məktubla müraciət ediblər. ANS PRESS-in məlumatına görə, məktubda qeyd olunur ki, prokurorluq 23 iyun tarixində aksiya iştirakçılarına qarşı güc tətbiq edərək onları döyən və fiziki xəsarət yetirən polis əməkdaşlarına qarşı cəza tədbirləri görülməlidir. “Həmin tarixdə vətəndaşların dinc nümayiş hüquqları pozulub”. Fəallardan biri Ara Karaqyozyan belə deyib. Aksiya iştrakçıları, eyni zamanda, aşağıdakı tələbləri irəli sürüblər.

1. Polis əməkdaşları vəzifə borclarını yerinə yetirərkən xidməti formada olmalıdırlar.
2. Əgər mitinqlərdə azyaşlı uşaqlar da iştirak edirsə, onlara qarşı xüsusi vasitələr tədbiq etmək olmaz.

Ermənistan polisi aksiyaçılara qarşı zorakılıq törədib

Ötən gün axşam saatlarında fəallar şəhərin mərkəzi küçələrindən birini bağlayaraq oturaq aksiya keçirmişdilər.

İyun ayının 23-ündə baş tutan aksiya zamanı isə, fəallarla polis arasında baş vermiş qarşıdurmada azı 18 nəfər xəsarət almış, 240 nəfər həbs olunmuşdu.

Bir qədər sonra hökumət elektrik enerjisi tariflərinin yüksəldilmiş faizlərinə görə xərcləri öz üzərinə götürmüşdü.

COMMENTS