“Fənərbağça”da növbəti ciddi itki

“Fənərbağça”da növbəti ciddi itki

Türkiyənin “Fənərbağça” klubu ciddi itki ilə üzləşib.

 

Dosye.org qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Raul Meyreleş ötən gün məşq zamanı zədələnib.

Əzələsi dartılan portuqaliyalı yarımmüdafiəçi məşqi yarımçıq tərk etməli olub. Onun superliqanın növbəti turunda “Trabzonspor”la oyunu buraxacağı dəqiqləşib.

Qeyd edək ki, Caner Erkin də zədə səbəbindən vacib qarşılaşamada komandasına kömək edə bilməyəcək.

COMMENTS