Fələstin ABŞ-dakı səfirini geri çağırdı

Fələstin ABŞ-dakı səfirini geri çağırdı

Fələstin Vaşinqtondakı səfirini geri çağırıb.

Dosye.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin XİN bəyanat yayıb.

Bildirilib ki, diplomatın geri çağırılması ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi ilə bağlıdır. Fələstin səfirinin mayın 16-da ölkəsinə qayıdacağı gözlənilir.

Qeyd edək ki, Fələstinlə yanaşı Türkiyə və İrlandiya da İsraildəki diplomatik nümayəndələrini geri çağırıblar.

Dosye.org

COMMENTS