“Fənərbağça”nın qapıçısına həbs şoku

“Fənərbağça”nın qapıçısına həbs şoku

Heyvansevərlər “Fənərbağça” klubunun qapıçısı Volkan Dəmirəlin həbs olunmasını istəyirlər.

 

Dosye.org anspress-ə istinadən xəbər verir ki, buna səbəb Volkan Dəmirəlin “Fənərbağça”nın “Qalatasaray”la ötən oyununda “sarı-qırmızılılar”ın “Pitbul” ləqəbli oyunçusu Felipo Melo barəsində “Bələdiyyə küçə itlərini zəhərləməlidir” sözlərini işlətməsidir.

Qapıçının sözlərindən qəzəblənən Heyvanları Çarəsizlikdən və Diqqətsilikdən Qoruma Dərnəyi Volkanın 3 ilə qədər həbs olunması tələbi ilə İstanbul Cümhuriyyət Prokurorluğuna müraciət edib.

Heyvansevərlərin sözlərinə görə, Volkan bu cür ifadə işlətməklə, sadəcə, küçə itlərinə deyil, heyvansevərlərə qarşı da təhqirə yol verib və insanları kin və düşmənçiliyə təhrik edib.

COMMENTS