“Fəxri ad almaq üçün heç vaxt qapı döyməmişəm, kamançadan başqa heç nəyim yoxdu…”

“Fəxri ad almaq üçün heç vaxt qapı döyməmişəm, kamançadan başqa heç nəyim yoxdu…”

“Bununla bağlı, çəkişilərimiz də var. Mən onda dostlara dedim ki, əgər ön cəbhəyə gedirsinizə, gedirəm. Arxa cəbhədə konsert vermək məni maraqlandırmır”
Bunu açıqlamasında Əməkdar artist, kamança ifaçısı Mirnazim Əsədullayev deyib. Əməkdar artist Birinci Qarabağ savaşında cəbhənin ən qızğın yerlərində olduğunu bildirib:
“Birinci Qarabağ savaşında mən müharibənin ən qızğın yerlərində olmuşam. Arif Babayev və Qəndab Quliyevayla cəbhəyə səfərlərimiz olub. Bununla bağlı, çəkişilərimiz də var. Mən onda dostlara dedim ki, əgər ön cəbhəyə gedirsinizə, gedirəm. Arxa cəbhədə konsert vermək məni maraqlandırmır. Ona görə biz Tərtər, Ağdam və Füzulidə olduq. Evdə də tapşırdım ki, məndən nigaran qalmayın. Həyatdı hər şey ola bilərdi, ona görə ailəmi böyük qardaşıma tapşırmışdım. Cəbhəyə gedəndə böyük qardaşım mənə iki qutu siqaret verdi və dedi ki, bunları ancaq əsgərlərimizə paylayarsan”.
Əməkdar artist Vətən müharibəsindəki qələbəmizi möcüzə aldandırıb:
“Amma bu dəfə Vətən müharibəsində qələbəmiz möcüzə oldu. Hər gün televizorun qarşısında oturub alınan yerlərimizin sevincini bölüşürdük. Böyük qardaşım hər dəfə zəng vurub soruşurdu ki, bu gün hansı yerlər işğaldan azad olundu? Doğrusu, aradan keçən bu 27 il bizi məyus edirdi, narahat idik ki, torpaqlarımızı azad edə bilməyəcəyik. Hətta evimdə Kəlbəcər rayonundan olan Namaz adlı bir bənna işləyirdi. Namaz bir dəfə dedi ki, “artıq qurtardı, Kəlbəcər düşməndən alınmayacaq”. Sonra ona zəng vurub dedim ki, ay Namaz, gözün aydın, Kəlbəcər də işğaldan azad edildi. Görünür məsələni uzatmaqda məqsəd var idi və biz bunu bilmirdik. Ali Baş Komandan dedi ki, mən bilirəm harda nə etmək lazımdır. Bütün bunlar hamısı hesablandı və sonda biz qələbə əldə etdik. Şuşada hərbçilərimiz böyük qəhrəmanlıq göstərdilər. Bu günə qədər sosial şəbəkələrdə bizim əleyhimizə kampaniya aparanlara ar olsun. Allahın gözəl bir ifadəsi var, o da səbrdir. Gərək səbr edəsən. Şükür Allaha indi nizam-intizam var. Ordumuz çox peşəkardır”.
Əməkdar artist medalları tərtib edən rəssamlardan birinin onun qohumu olduğunu bildirib:
“Mənim qaynım oğlu var, adı Rəşad Ələkbərovdur. O, “Zəfər” ordenini və “Müharibə qəhrəmanı” medallarını çəkib, özü rəssamdı. Ölkə başçısı da bunu bəyənib və hazırlanmasıyla bağlı göstəriş verib. Bu gün bizim efirlərimizdə rəşadətli ordumuzdan danışırlar, onlar haqda danışmaq çox vacibdir. Özüm kənara çəkilmişəm, mənə bir şey lazım deyil. Bütün bunları müşahidə etdikcə, ürəyim açılır. Bizim xoş günlərimiz qarşıdadır. Daha bir müharibəmiz koronavirusladır. Allah koronavirusdan da bizi xilas etsin. Təhsilimizə qoşulaq. Çünki çox çətindir. Mən sənət adamıyam, bir ildir kamançam qalıb evdə, kimin üçün ifa edim? Ona görə bir az narahatam. O gün təzə bir əsər yazmaq üçün kamança ifa etdim və barmaqlarım kəsik-kəsik oldu. Çünki uzun müddət kamançanı ifa etməyəndə, barmaqlar da kəsilir. Arzu edirəm ki, xalqımız öz əvvəlki işinə qayıtsın”.
Kamança ifaçısı Şuşaya gedən dostlarından  onu da bu səfər dəvət etmələrini xahiş edib:
“Şuşa işğaldan azad ediləndə Fərhad müəllim Bədəlbəyliyə zəng vurub gözaydınlığı verdim. Daha sonra Ramiz Quliyev mənə zəng vurdu. Dedim ki, Ramiz müəllim, səndən bir şey xahiş edim. Şuşaya gedəndə mənsiz getmə, mən də səninlə gedib. Çünki vaxtilə Şuşada festivallarda olmuşam. Bizim əlimizdən ancaq ifaçılıq gəlir, işimiz budur. Bu qələbə bizi daha da ruhlandırdı. Mənim Füzulidən olan qonşularım var və onlar da səbirsizliklə gözləyir ki, öz doğma yurd-yuvalarına qayıtsınlar. Nəvələrimə də deyirəm ki, bizim bir dənə düşmənimiz var, o da ermənidir. Onlara yaxşılıq etmək cinayətdir”.
Yetmiş yaşı tamam olsa da ifaçı heç vaxt fəxri ada görə kiməsə müraciət etmədiyini bildirib:
“Bu il yetmiş yaşım tamam oldu. Xalqımıza, ölkəmizə firavanlıq, əmin-amanlıq arzu edirəm. Hər gün namaz üstdə Allaha dua edirəm. Mən fəxri ad almağımla maraqlanmıram. Mənə Əməkdar artist fəxri adı veriləndə də hönkür-hönkür ağladım. Gərək kimsə sənin üçün ağlasın. Mənim kamançadan başqa heç nəyim yoxdur. Mən heç bir apı döyməmişəm. Əgər məsləhət olarsa, özləri bilərlər. Kamançanın UNESCO-da təsdiq olunmasında ailəmin böyük zəhməti var. Həyat yoldaşım da kamança müəllimidir, oğlum Toğrul da kamança ifaçısıdır. Böyük oğlum indi həkimlik sahəsində olsa da uşaqlıqda kanon ifaçısı olub və respublika üzrə birinci yerə layiq görülüb”.
Vasif Əlihüseyn

COMMENTS