Musavat.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 28-də Lənkəran şəhəri ərazisindən şəhər sakini Eyvaz Paşayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Adil Ağayev tutulub.
Hazırda fakt üzrə araşdırma aparılır.
COMMENTS