Bakıda sürücülər arasında əlbəyaxa dava düşdü


Bakıda sürücülər arasında əlbəyaxa dava düşdü

Font ölçüsü

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində sürücülər arasında dava olub

Dosye.org AzVision.az-a istinaden məlumatına görə, orta yaşlı şəxs idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə hərəkətdə olan 66 nömrəli marşrut avtobusunun qarşısını kəsib, sürücünün ünvanına təhqiramiz fikirlər səsləndirib.

Nəticədə əsəblərini cilovlaya bilməyən sürücülər arasında əlbəyaxa dava düşüb. Avtobusun sürücüsü onu təhqir edən şəxsə yumruq zərbələri endirib. Sərnişinlərin və orada yaşayan sakinlərin köməyi ilə sürücüləri ayırmaq mümkün olub.

Hadisə şahidlərinin sözlərinə görə, dava avtobus sürücüsünün "Toyota Land Cruiser"ə yol verməməsi səbəbindən baş verib.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.