Hacıqabulda su nohuruna düşən qız xilas edilib, vəziyyəti ağırdır


Hacıqabulda su nohuruna düşən qız xilas edilib, vəziyyəti ağırdır

Font ölçüsü

Hacıqabul rayonunda su nohuruna düşən 9 yaşlı qız xilas edilib.

Dosye.org-un  Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb.

Həmin kəndin 2009-cu il təvəllüdlü sakini Dövlətova Aytən Elvin qızı ehtiyatsızlıqdan su nohuruna düşüb. Doqquz yaşlı qız yaxınları tərəfindən xilas edilib. Hazırda Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.