Tbilisidə azərbaycanlı ailənin 3 üzvü saxlanıldı


Tbilisidə azərbaycanlı ailənin 3 üzvü saxlanıldı

Font ölçüsü

Tbilisi yaxınlığında yerləşən Kvemo Poniçala qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Dosye.org “Report”a istinadən xəbər verir ki, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 şəxs saxlanılıb.

Saxlanılanlar 1 qadın və onun 2 oğlu olmaqla Ələskərovlar ailəsinin üzvləridirlər.

Ələskərovlara məxsus avtomobildə narkotik vasitələrin olduğu bir neçə bağlama aşkar olunub.

Qonşuların sözlərinə görə, qadın küçədə, oğulları isə evdə bir neçə saat axtarışdan sonra saxlanılıblar. Qəsəbə sakinləri və xüsusi təyinatlı polis əməkdaşları arasında kiçik qarşıdurma yaranıb. Qonşular polis maşınlarının hərəkətinə mane olmaq məqsədilə yolu bağlamağa cəhd ediblər.

Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi əməliyyatın detalları barədə hələlik məlumat vermir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.