Fazil Mustafa: “Ələsgərə deyin, işverənlik etməsin”

“Paralel yapı mövzusuna toxunarkən Azərbaycanda bu yapını dəstəkləyən əsas şəxslərdən biri olaraq mənim adım çəkilib”.

Axar.az xəbər verir ki, bu sözləri Fazil Mustafa Türkiyədə televiziya kanalında “Paralel dövlət” şəbəkəsində barəsində söylənilən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyə daxilində baş verən proseslərə Azərbaycanı qatmaq lazım deyil:

“Dostlardan biri zəng edib bildirdi ki, dünən Türkiyənin Kanal A kanalında bir proqramda iştirak edən Ələsgər soyadında bir Azərbaycandan olan “ilahiyyatçı” (söylədiyinə görə şişman, 35-40 yaşlarında birisi) Türkiyədə məşhur bir ifadə olan “Paralel yapı” mövzusuna toxunarkən Azərbaycanda bu yapını dəstəkləyən əsas şəxslərdən biri olaraq mənim adımı çəkib.

 

Bu və ya gələcəkdə bu mövzuda danışmaq istəyən bütün geri zəkalılara bir məsələni çatdırmaq istəyirəm ki, Türkiyə daxilində baş verən proseslər mənim maraq dairəmdə deyil və hər hansı bir “Yapını” dəstəkləmək barədə də hansısa bir açıqlama verməmişəm”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda türk məktəblərinin bağlanmasına göstərdiyi təpki sırf ölkəmizin maraqları naminə olub:

“Qaldı ki türk məktəblərinin bağlanması məsələsinə etiraz etməyimə, bu da sırf Azərbaycan maraqlarını düşünərək atılan addım idi.

 

Artıq bu məktəblərin başqa bir adla yoluna davam etməsi onu göstərdi ki, Azərbaycan hakimiyyətində də məktəblərin bağlanması addımının faydalı olmadığı qənaəti yarandı. Bu Ələsgəri tanıyan varsa, söyləsin ki, Türkiyə kanallarını gəzib işverənlik etməyə gərək yox.

 

Bizim içimizdə Türkiyə sevgisi doğulanda meydanda nə Yapı varıydı, nə də AKP. Bundan sonra da milliyətçili, solçulu, islamçılı, camaatlı bütöv Türkiyə tablosu üzərindən prossesləri dəyərləndirəcəyik”.

COMMENTS