Fazil Mustafanı bu səbəbdən hədəf alıblar – Komitə sədri açıqladı

Fazil Mustafanı bu səbəbdən hədəf alıblar – Komitə sədri açıqladı

“Fazil Mustafa dövləti, milləti istəyən adam idi. Həm də ölkədə xarici təsirlərə qarşı mübarizə aparan, tənqid edən şəxs olub. Bu səbəbdən belə bir adamı hədəf alıblar”.

DOSYE.ORG xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deputat Fazil Mustafaya qarşı sui-qəsd olayına münasibət bildirərkən deyib.

“Onların vermək istədiyi mesajlar var. Yəqin, demək istəyirlər ki, Azərbaycan geosiyası tələblərə tabe olmasa, başqa yollara əl atacaqlar. Hazırkı vəziyyətdən sonra hadisələrin detalları, arxasında duran səbəblər bilinəcək. Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək”, – deyə komitə sədri vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib. Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

COMMENTS