Federasiya prezidentinə şok ittiham – Futbolçuları zorlayıb

Federasiya prezidentinə şok ittiham – Futbolçuları zorlayıb

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qadın futbolçulara qarşı zorakılıqda ittiham olunur.

Qol.az “The Guardian”a istinadən xəbər verir ki, ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri bu barədə məlumat verib.

Adı açıqlanmayan qız deyib ki, “Dadu” ləqəbli Bart federasiya daxilində qızlara onunla yatması üçün təzyiq edir. Razılaşmayanlar qadınlar millisindən qovulur.

Hadisələrin son 5 ildə baş verdiyi bildirilir. Federasiyasının prezidenti isə ittihamları rədd edib.

DOSYE.ORG

COMMENTS