Feyziyev hansı maddələrlə ittiham oluna bilər? – Açıqlama

Feyziyev hansı maddələrlə ittiham oluna bilər? – Açıqlama

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib.

Belə ki, deputat C. Feyziyevin təhqir etdiyi bir sıra jurnalistlər və digər şəxslər onu xüsusi ittiham qaydasında məhkəməyə veriblər. Onlar deputatı böhtan atmaqda günahlandırırlar.Bəs bu durumda qanun nə deyir? C. Feyziyevin cəzalandırılması mümkündürmü? O hansı maddələrlə ittiham oluna bilər?

Məsələ ilə bağlı Bakupost.az -a danışan hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, parlamentdə C. Feyziyevin toxunulmazlığı məsələsi qaldırıla bilər:

“Konstitusiyanın 25-ci maddəsinə görə, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Bu baxımdan Konstitusiyanın 46-cı maddəsində isə hər kəsin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunduğu vurğulanır. Yəni bu şəxslər təbii ki, Konstitusiyada olan hüquqlarından istifadə ediblər. Deputat Feyziyev həmin şəxslərə qarşı ictimai çıxışında açıq şəkildə çox ağır ittihamlar irəli sürüb, onları Cinayət Məcəlləsinin fərqli maddələri ilə təqsirli hesab edən bir açıqlama verib. Bu baxımdan o, millət vəkili statusundan da sui-istifadə edib.

Düşünüb ki, yəqin onun toxunulmazlığı olacaq və bu məsələlərə görə hüquqi məsuliyyət daşımayacaq”.Hüquqşünas diqqətə çatdırıb ki, Konstitusiyanın 25-ci maddəsi ilə bərabərlik hüququ qorunduğu üçün şəxslərin məhkəmə mübahisəsi tamamilə hüquqa uyğundur:“Əlbəttə, burada parlamentin üzərinə də öhdəlik düşür. Konstitutsiyaya görə, millət vəkillərinin toxunulmazlığı var. Onlar sadəcə cinayət başında yaxalanma halları istisna olmaqla toxunulmazdır. İndiki halda əgər söhbət 147-ci maddənin tətbiqindən gedəcəksə, icraata qəbul olunandan sonra C. Feyziyevin toxunulmazlığı məsələsi qaldırılmalıdır ki, o, məsuliyyətə cəlb olunsun.

Eyni zamanda, onun mülki məsuliyyəti də var. Mülki məsuliyyət baxımından toxunulmazlıq maneə deyil. Cinayət Məcəlləsinin 147-ci maddəsindən (böhtan) başqa, həmin şəxslər, hətta onun Mülki Məcəllənin 23-cü maddəsi (şərəfin, ləyaqətin müdafiəsi) ilə məsuliyyətə cəlb olunmasını da tələb edə bilərlər”.Xatırladaq ki, mətbuatda və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili “Facebook” hesabında status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi.Adıçəkilən jurnalistlərin tənqidindən sonra C. Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.Əlavə edək ki, C. Feyziyevin təhqir etdiyi 18 jurnalist parlament və ölkə rəhbərliyinə də müraciət imzalayıblar.

DOSYE.ORG

Deputat Feyziyev İngiltərənin gündəmində - Londona qoyduğu pullar müsadirə edilir

Cavanşir Feyziyev haqqında yayılan xəbərlərə cavab verdi

 

 

COMMENTS