FHN Bakıdakı güclü yanğınla bağlı daha bir MƏLUMAT YAYDI

FHN Bakıdakı güclü yanğınla bağlı daha bir MƏLUMAT YAYDI

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Bu barədə Publika.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğın başlayıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

xxx

20:20

Bakının 8 mikrorayon ərazisində yerləşən üçmərtəbəli ticarət mərkəzində güclü yanğın başlayıb.

Publika.az xəbər verir ki, yanğının yaxınlıqdakı yaşayış binalarına keçməməsi üçün tədbir görülür.

İlkin məlumata görə, yanan binanın birinci mərtəbəsində ticarət mərkəzi, 3-cü mərtəbəsində isə idman zalı fəaliyyət göstərib. Zalda məşq edən şəxslər binadan təxliyə edilib.

 

 

 

COMMENTS