FHN-nin əməkdaşı 67 yaşlı qadını təhqir edib: Prezidentə və nazirə müraciət

FHN-nin əməkdaşı 67 yaşlı qadını təhqir edib: Prezidentə və nazirə müraciət

“Fövqəladə Hallar Nazirliyinin Qurban Qurbanov adlı əməkdaşı məni təhqir edib”.

Bu sözləri ANAXEBER.info-ya Şamaxı rayon sakini 67 yaşlı Bəsirə Qafarova deyib. Onun sözlərinə görə rayonda baş vermiş zəlzələ zamanı 2-ci qrup əlil olan oğlunun evi yararsız vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyi evə baxış keçiriblər. Şikayətçi bildirir ki, həmin vaxt Qurban Qurbanov dedi ki, ev niyə yararsız vəziyyətə düşüb: “Mən də evin zəlzələdən sonra yararsız vəziyyətə düşdüyünü dedim. Qurban Qurbanov isə mənə kobud şəkildə “bir ayağın gordadı, yalan danışma, ayıb olsun sənə” deyib məni təhqir elədi. Mənim 67 yaşım var, ağbirçək qadınam, niyə yalan danışmalıyam axı?!”
Bəsirə Qafarova əlavə edib ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Şamaxıda olarkən böyük oğlu onunla görüşə bilib: “Oğlum ona kiçik qardaşının 2-ci qrup əlil olduğunu, ağır vəziyyətdə yaşadığını bildirib və nazirdən problemin həll olunmasını istəyib. Kəmaləddin Heydərov da problemin həll olunacağını bildirib. Amma indi onun işçisi məni təhqir edir”.
Şikayətçinin sözlərinə görə, həmin hadisədən sonra müvafiq qurumlara şikayət ediblər.”Şikayət etdiyimiz üçün evi köhnə ev kimi qeydiyyata aldılar. Halbuki açıq-aşkar görünür ki, ev zəlzələdən sonra qəzalı vəziyyətə düşüb. Mən burdan cənab Prezidentə, cənab Kəmaləddin Heydərova müraciət edərək onlardan bu haqsızlığı aradan qaldırmalarını xahiş edirəm”, – deyə Bəsirə Qafarova bildirib.
ANAXEBER.info

COMMENTS