Finlandiyanın keçmiş prezidenti Mauno Koyvisto 93 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə hazırkı fin lideri Sauli Niinistyo administrasiyasının saytı məlumat verib.
O, 1982-ci ildən 1994-cü ilə qədər dövlət başçısı postunu tutub. Fin dövlət xadimi, fəlsəfə elmləri doktoru (1956-cı ildən) olan Mauno Henrik Koyvisto Finlandiyanın 9-cu prezidenti olub.
Koyvistoya qədərki 12 il ərzində Finlandiya iqtisadi tənəzzül yaşayıb. Lakin o, ölkəni bu böhrandan çıxara bilib.
Dosye.az
COMMENTS