Flora Kərimova: “Qızım 4 aylıq övladını itirdi”

Xalq artisti Flora Kərimova və qızı Zümrüd “Onlar” kamerası qarşısına keçib.

 

Müğənni son vaxtlar keçirdiyi əməliyyatdan, qızının ayrılmasından danışıb:

“Qızımla danışıq tərzimiz və fikirlərimiz oxşayır. Hələ ki, mənə oxumağa icazə vermirlər, amma hərdən ifa edirəm. Səsim qalıb. Zobu əməliyyat etmək böyük risk idi. Birdən başqa cür olardı? Əməliyyatdan sonra gözümü açan kimi istədim səsimi yoxlayım ki, qalıb, ya yox. Bu günlərdə evimi təmir etdirdim. Qızıma görə oldu. Düşündüm ki, bu hadisələr qızımı sıxa bilər. Dedim dəyişdirim, fərqlilik olsun. Otaqlar çoxdur, cəmi üçünü çatdıra bildim. Mənim qızım ailəsindən ayrıldı. O, həmin evə gəlin kimi yox, övlad kimi getdi. Çox narahat idim ki, onlar qızıma gəlin kimi, yoxsa ikinci bir qızı kimi sahib olacaq. Ona görə mən qudama, təşəkkür edirəm. Hələ də qudam deyirəm, əksinə dilim gəlmir… Çox sağ olsun Tərlan xanım, qızımın baldızı… Qohumluq qismət olmadı, amma dost qaldıq. Qızım dedi ki, nə qədər sənə ağır, çətin olsa da, yenə də səbrli ol. Onsuz mən bunu edəcəkdim. Jurnalistlər də çox sağ olsun ki, bu hadisəni qurdalamadılar, pis tərəf axtarmadılar. Bircə dedilər ki, guya ana ola bilmədiyi üçün ayrılıb. Qızımın bətnində 4 aylıq övladı tələf oldu. Onların ailə qurması mənim və Tərlan xanımın təkidi ilə baş tutdu. Üç dəfə yox dedim, sonra razılaşdım. Qızım mənim istəyimlə ailə qurdu. Kürəkənimdən 6 ildə çox razı olmuşam. Nazimə çox sağ ol deyirəm ki, 6 il ərzində qızım özün qərib hiss etmədi”.

Xalq artistinin qızı Zümrüd boşanması haqda bunları deyib:

“Allah tərəfindən seçilmiş insanlar sırasındayam. Çox xoşbəxtəm. Bilmirəm yaxşıdır, pisdir. Tək bilirəm ki, həyatımda hər şey şərəflidir. Anam gözəl izah etdi. İki müstəqil, ağıllı insanlarıq. Müstəqil insanlar kimi qərar verdik. Onunla ailə qurmağıma peşman deyiləm. Ona xoşbəxtlik arzu edirəm. Biz küsməmişik ki, bundan sonra barışıq ola. Amma yenidən bir araya gəlmək, ailə olmaq olmayacaq”. (axsam.az)

COMMENTS