Top.Mail.Ru

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib.

“Report” xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Bakı şəhəri, Nəsimi rayonunda (“3-cü mikrorayon bazarı”nın arxasındakı köhnə hamamda) baş vermiş yanğının söndürülməsi üçün 17 yanğın söndürən maşını cəlb olunub.

Bunu isə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

O bildirib ki, yanğın bazarın bir hissəsində qeydə alınıb.

Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır.

DOSYE.ORG

COMMENTS