Türkiyə birinci divizion təmsilçisi “Qaziantep BB”nin üç futbolçusu – Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyev Azərbaycan millisinə çağırılıb.
Qol.Az-ın xəbərinə görə, bu barədə Türkiyə klubunun saytı məlumat yayıb. Hər üç futbolçunun avqustun 20-i keçiriləcək Özbəkistanla yoldaşlıq oyununa dəvət olunduğu bildirilib.
Futbolçuların milliyə çağırılması klub rəhbərliyi və məşqçi heyəti tərəfindən sevinclə qarşılanıb.
Qeyd edək ki, Özbəkistanla oyun üçün Azərbaycan millisinin heyəti hələlik açıqlanmayıb.
COMMENTS