Avropanın futbol meydanlarında daha bir bayraq qalmaqalı baş verib. Fanat.az xəbər verir ki, Fransa çempionatının “Nitsa” – “Batsiya” matçında bayrağa görə ara qarışıb.
Belə ki, matçdan sonra “Bastiya”nın ehtiyat qapıçısı Jean-Luis Lexa meydanda Korsika bayrağı açıb. Bundan sonra ara qarışıb və “Nitsa” fanatları meydana çıxıb. Fanatlar “Bastiya”nın futbolçularına – François Modesto və Romarikə hücum edib. Meydana çıxan azarkeşlərdən 4-ü həbs olunub.
Qeyd edək ki, Korsika Aralıq dənizində Fransaya bağlı bir adadı. 8680 kvadrat metr ərazisi olan adanın əhalisi 322 min 120 nəfərdi. Korsika əhalisi müstəqilliklərini elan etmək istəyirlər. Adada tez-tez Fransa əleyhinə aksiyalar keçirilir.
Onu da qeyd edək ki, bənzər olay AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində baş tutan Serbiya – Albaniya matçında baş vermişdi. Belqraddakı “Partizan” stadionuna salınan alban bayrağı iki komandanın futbolçuları arasında davaya səbəb olmuş və azarkeşlərin meydana çıxıb rəqib oyunçulara hücum etməsi ilə nəticələnmişdi. Yarımçıq qalan oyunla bağlı UEFA qərar verəcək.
COMMENTS