“Fransa Ermənistanı müharibəyə sürükləyir”-Politoloq

“Fransa Ermənistanı müharibəyə sürükləyir”-Politoloq

Fransa XİN-i Cənubi Qafqazda mövcud durumun gərgin olması ilə bağlı açıqlama verib.

Fransanın Ermənistana dağıdıcı silahlar verdiyini nəzərə alsaq, söyləmək olarmı ki, bu gərginlikdə ən böyük pay sahiblərindən biri elə Fransanın özüdür?

Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov Fransanın Cənubi Qafqaz siyasətindəki qaranlıq məqamlara diqqət çəkib:

“Cənubi Qafqazda heç bir gərginliyin olmadığı bir şəraitdə hansısa hərbi gərginlikdən danışmaq qaranlıq məqamlardan xəbər verir. Gərginliyi yaratmağı planlaşdıran ancaq öncədən belə əmin danışa bilər.

Fransanın Ermənistanı silahlandırması fonunda gərginlikdən danışması görünən odur ki, normal haldır. Fransa regionda destruktiv rol oynamağa davam edir. Azərbaycanın bütün səylərinə baxmadan Fransa Ermənistanı müharibəyə sürükləyir. Ermənistan isə həmişəki kimi Fransanın ağlı ilə oturub durur.

Hesab edirəm ki, Ermənistan səhv etməyin nəticəsini görüb. Onu da yaxşı başa düşür ki, bu dəfəki səhv ona dövlətçiliyin itirilməsi hesabına başa gələcək. Odur ki, Fransanın ağlı ilə oturub durarkən iki dəfə fikirləşəcək”.

Seymur ƏLİYEV

COMMENTS