Fransa Liqası: “Lans” uduzdu, PSJ qalib gəldi

Fransa Liqası: “Lans” uduzdu, PSJ qalib gəldi

Futbol üzrə Fransa Liqasında II turun oyunları davam edir.

 

Qol.Az-ın məlumatına görə, ötən gün daha altı görüş keçirilib.

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubu da növbəti oyununa çıxıb. “Land of Fire Azerbaijan” formalı komanda doğma meydanda “Guingamp”ı qəbul edib. Oyunun əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Hakimin əlavə etdiyi sonuncü – dördüncü dəqiqədə “Guingamp” futbolçuları qələbə qolunu vurub. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Son ölkə çempionu PSJ öz meydanında “Bastia” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək.

16 avqust

Fransa Liqası, II tur

PSJ –“Bastia” – 2:0
Qollar: Lukas, 26 (1:0), Kavani, 57 (2:0)

“Lans” –“Genqam” – 0:1
Qol: Doniama, 90+4 (0:1)

“Lorient” – “Nice” – 0:0

“Metz” -“Nant” – 1:1
Qollar: Vertout, 3 (1:0), Gbakoto, 12 (1:1)

“Renn” – “Evian” – 6:2
Qollar: Tovenen, 7 (1:0), Vass, 35 (1:1), Mexer, 40 (2:1),43 (3:1), Tovenen, 60 (4:1), Ntep, 76 (5:1), Vass, 86 (6:2)

“Tuluza” – “Lion” – 2:1
Qollar: Akpa, 10 (1:0), Yedder, 45 (2:0), Laqazetta,75 (2:1)

17 avqust

“Marsel” – “Monpelye”

“Sent Etyen” – “Reims”

18 avqust

“Bordo” – “Monako”

15 avqust

“Kaen” -“Lill” – 0:1
Qol: Origi, 69 (0:1)

COMMENTS