Fransa milli komandası futbol üzrə dünya çempionudur

Fransa milli komandası futbol üzrə dünya çempionudur

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa komandası olub.

Oyunda hesabı Fransa yığması açıb. Matçın 18-cı dəqiqəsində xorvat Mancukiç avtoqola imza atıb.

Hesabda geri düşən Xorvatiya yığması 10 dəqiqə sonra, 28-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu dəfə Perşiç fərqlənib.

38-ci dəqiqədə fransızlar yenə hesabda önə keçiblər. Bu dəfə Qrizman 11 penaltini dəqiqliklə yerinə yetirib.

Fasiləyə Fransa yığması 2-1 hesabla qalib yollanıb.

Matçın ikinci hissəsində, 59-cu dəqiqədə Poqba hesab fərqini ikiyə qaldırıb. 65-ci dəqiqədə fransızlar Mbappenin qolu ilə hesabı 4-1 ediblər. 69-cu dəqiqədə Xorvatlar hesab fərqini 2 topa endiriblər. Bu dəfə Mancukiç fərqlənib.  

Hakim matçın sonuna 5 dəq əlavə edib. Lakin bu vaxt ərzində heç bir qol olmayıb. Beləlik Fransa 20 il sonra yenidən dünya çempionu titulunu qazanıb.

Dosye.org

COMMENTS