Fransa XİN Senatın qərarına münasibət bildirib

Fransa XİN Senatın qərarına münasibət bildirib

“Rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə fayda gətirməyəcək”.

Bunu Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri, nə də Avropa üçün faydalı olardı.

Fransa XİN rəsmisinin sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa tərəfdaşlarının siyasətini əks etdirmir:

“Hökumətin məsuliyyəti sual verməkdən ibarətdir: belə bir jest faydalı və təsirli olardımı?”

DOSYE.ORG

COMMENTS