Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

Fransanın şərqində qəzaya uğrayan “Mirage 2000D” qırıcı təyyarənin hər iki pilotu həlak olub.

Dosye.org-un  məlumatına görə, bu barədə Fransanın medafiə naziri Florans Parli bildirib.

Müdafiə Nazirliyi hər iki pilotun – kapitan Batist Şiryenin və qadın-leytenant Odri Mişlonun – öldüyünü təsdiq edib.

Müdafiə naziri həlak olan pilotların ailələrinə başsağlığı verib. İnsidentin təfərrüatları araşdırılır.

Qeyd edək ki, qırıcı təyyarə ilə əlaqə yanvarın 9-u kəsilib. Daha sonra təyyarənin qalıqları və pilotlardan birinin paraşutu tapılıb.

Dosye.org

COMMENTS