Fransadan Ermənistana tutarlı cavab:- “Türkiyə Fransanın müttəfiqidir”

Türkiyə Fransaya müttəfiq ölkədir.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda özünün Twitter səhifəsində Fransanın xarici işlər naziri Loran Fabius Fransadakı Çobanyan adına institutun təsisçisi və sədri, “Europe & Orient” jurnalının baş redaktoru Jan Varujan Sirapyanın ona ünvanladığı suala cavab olaraq yazıb.

 

“Nouvelles d’Arménie” jurnalı isə yazıb ki, Sirapyan Fransanın xarici siyasət idarəsinin rəhbərinə bunun yazıb: “”İslam dövləti” terrorçu-islam təşkilatıdır. Türkiyə “İslam dövləti”nə silah və digər yardımlar edib. Türkiyə etibarlı müttəfiq hesab olunurmu?”

 

Loran Fabius ona cavab olaraq yazıb: “Karikaturalardan qaçacağıq. Türkiyə Fransanın müttəfiqi olan ölkədir”.

COMMENTS