Fransız məşqçi Vüqar Nadirova tüpürdü

Fransız məşqçi Vüqar Nadirova tüpürdü

Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Sent-Etyen” – “Qarabağ” matçında xoşagəlməz hadisə yaşanıb. Fanat.az qol.az-a istinadən xəbər verir ki, “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye matçın ikinci hissəsində yerdə qalan “Qarabağ”ın hücumçusu Vüqar Nadirova tüpürüb.

48 yaşlı mütəxəssis hətta texniki zonanı tərk edərək yan xəttin üzərinə qədər gəlib. V.Nadirov da Qaltyenin bu hərəkətinə öz etirazını bildirib.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunda “Qarabağ”ın yeganə qolunu məhz Vüqar Nadirov vurub. Millimizin üzvü matçın 15-ci dəqiqəsində hesabı açıb.

COMMENTS