Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda “İntertorq” şirkətinin keçmiş sahiblərindən olan Allahverdi Abdullayev, şirkətin hüquqşünası və maliyyə direktorunu saxlayıb.
Bu məlumatı RBK öz mənbələrinə istinadən yayıb. Onların “Sberbank”dan 8 milyard rubl mənimsəməkdə şübhəli bilindiyi vurğulanıb.
Qeyd edək ki, “İntertorq” şirkəti hazırda ləğv olunma mərhələsindədir. Şirkətin səhmlərinin 99%-i Monakoda qeydiyyatdan keçmiş “Sosyete Sivil Partikyuler Solyuşın”dır. 1% isə Müşviq Abdullayevə məxsusdur. Onun qardaşı Allahverdi Abdullayev 2007-ci ildə şirkətin 30% səhminə sahib idi.
Şirkətin biznesinin əsas idarəçiliyini Müşviq Abdullayev həyata keçirir. O, 2020-ci ildən FTX tərəfindən axtarışa verilib. Hazırda Abdullayevin BƏƏ-də gizləndiyi güman olunur.
COMMENTS