“Sərnişin daşıyan nəqliyyat vasitələrinə xüsusi cihazlar quraşdırılmalıdır. Sürücünü istirahət və nə qədər maşın sürməsi ilə bağlı həmin cihazlar olmalı idi, amma reallaşmadı”.
Dosye.org Modern.az-a istinadən xəbər verir ki, bunu deputat Fuad Muradov Milli Məclisin bu günkü iclasında deyib. “Bəzən qəzalar elə sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin yuxusuzluğu və ya səhlənkarlığı ucbatından baş verir. Sürücülər normal dincəlməlidir”. Deputatın sözlərinə görə, ictimai nəqliyyatlardakı problemlər aradan qaldırılmalıdır. “Bununla bağlı Milli Məclisdə müzakirələr lazımdır. Qəzaların qarşısını almaq üçün lazım gələrsə, Dövlət Yol Polisi rəsmilərini də bu müzakirələrə cəlb etmək lazımdır”.
F. Muradov qeyd edib ki, yol polisləri tıxacları və yol hərəkəti qaydalarını tənzimləmək üçün böyük işlər görür.
COMMENTS