Top.Mail.Ru

Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi – Foto

Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi – Foto

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ikinci qızı Sanay Yağmur bacısı Selcanı dəstəkləyib.

“Yeni Sabah” bildirir ki, o, “Facebook” profilində paylaşdığı postda belə yazıb:

“Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayaraq, bizim “ailə”də şiddət olub”.

Sanay Yağmur statusunu #QadınaŞiddətəSon, #Susma, #MeTooAzerbaijan həştəqlərı ilə yayımlayıb.

Qeyd edək ki, Selcan Yağmur atasından imtina etməsi barədə status dərc edib. Bunu şərh edən Fuad Qəhrəmanlı qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını bildirib.

S.Yağmur buna cavab olaraq, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyib. Daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib.

DOSYE.ORG

COMMENTS