Fuad Qəhrəmanlı saxlanıldı

Fuad Qəhrəmanlı saxlanıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Qərhrəmanlı saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə partiya fəalları məlumat yayıb. Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil. Lakin ehtimal olunur ki, Fuad Qəhrəmanlı 14-15 iyulda Bakıda orduya dəstək yürüşü zamanı baş verən xoşagəlməz olaylara görə saxlanılıb.

AXCP yetkililərinin bildirdiyinə görə, iyulun 14-dən bu yana 30 cəbhəçi saxlanılıb. Onlardan 12 nəfər barəsində cinayət işi başlanıb, 7 nəfər inzibati qaydada həbs olunub, digərləri isə sərbəst buraxılıb.

DOSYE.ORG

COMMENTS