Futbolçu rəqibini karate fəndi ilə nokauta saldı – VİDEO

Futbolçu rəqibini karate fəndi ilə nokauta saldı – VİDEO

Tayland çempionatında baş tutan “Banqkok” və “Şimali Banqkok” komandalarının oyununda insident yaşanıb.

Fanat.Az xəbər verir ki, şəhər derbisində “Banqkok”un oyunçusu Aytsare Noyxaybun rəqib futbolçu Supasan Ruanqsufanimitin üzünə bilərəkdən dirsəklə zərbə endirərək onu nokauta salıb.

Matçın sonuna təsadüf edən epizodda rəqibin dabanına qəsdən təpik vurmasından hiddətlənən Aytsare qonaq komandanın futbolçusuna hücum çəkib və dirsəyi ilə onun üzünə vuraraq yerə sərib.

Hakim dərhal onu qırmızı vərəqə ilə meydandan qovub. Ancaq intizamsız futbolçunun cəzası bununla bitməyib. Klubu onunla müqaviləni ləğv etməklə yanaşı, futbolçunun xuliqan hərəkətini pisləyib. “Banqkok” həmçinin, üst dodağına və üzünə ümumilikdə 24 tikiş atılan Supasana kömək vəd edib.

COMMENTS